Nepalda təyyarə helikopterlərlə toqquşdu,


Dünya 14 Apr 2019 11:10:00 191 0

Nepalda təyyarə helikopterlərlə toqquşdu,

Nepalın Lukla şəhərinin hava limanında yüngülmühərrikli təyyarə iki helikopterlə toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, uçuşa hazırlaşan yüngülmühərrikli təyyarənin pilotu idarəetməni itirib və uçuş-eniş zolağının kənarında duran iki helikopterə çırpılıb.

Qeyd edilir ki, insident nəticəsində təyyarənin pilotlarından biri və helikopterlərin yaxınlığında olan texniki inspektor həlak olublar, 3 nəfər isə xəsarət alıb.