Xaçmaz sakini süni göldə batıb


Digərləri 14 Apr 2019 09:19:00 304 0

Xaçmaz sakini süni göldə batıb

Xaçmaz sakini süni göldə batıb.

FHN-dən Son.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun Maşıoba kəndində 1961-ci il təvəllüdlü Ərəbov İlham Mail oğlunun meyitinin süni göldən çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu İ.Ərəbovun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.