“Rossiya1”in jurnalistləri Estoniyadan deportasiya olundu


Dünya 13 Apr 2019 23:52:00 239 0

“Rossiya1”in jurnalistləri Estoniyadan deportasiya olundu

"Rossiya-1" telekanalının əməkdaşlarına Estoniya ərazisinə giriş qadağan olunub.

Buna səbəb jurnalistlərin "İeqova şahidləri" (Rusiyada qadağan olunub) təşkilatı barədə hazırladıqları süjet olub. Bu barədə Estoniyanın ictimai telekanalı ölkənin təhlükəsizlik orqanlarına istinadla məlumat yayıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, polisin məlumatına əsasən, iki jurnalist Estoniya və Finlandiyaya gələrək burada qadağan olunmuş təşkilatın fəaliyyətini araşdırıblar. Qeyd edək ki, "İeqova şahidləri"nin böyük bir hissəsi Rusiyada qadağan olunandan sonra Avropa ölkələrinə köçüblər. Jurnalistlər gizli kameralarla onların Tallindəki cəmiyyətlərində çəkiliş ediblər. Eston qanunvericiliyinə görə isə bu, insan haqlarının pozulması deməkdir.