Hacıbaba Hüseynovun 100 illiyi qeyd edildi


Digərləri 13 Apr 2019 23:53:00 221 0

Hacıbaba Hüseynovun 100 illiyi qeyd edildi

Aprelin 13-də Beynəlxalq Muğam Mərkəzində "Unudulmayanlar" layihəsi çərçivəsində Azərbaycanın musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunan ədəbi-bədii musiqili gecə keçirilib.

Tədbir Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində təşkil edilib.

Filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının aparıcılığı ilə keçən tədbirdə Xalq artisti Mirnazim Əsədullayev və başqaları çıxış edərək görkəmli xanəndənin ömür yolu və musiqi mədəniyyəti sahəsində xidmətlərindən danışıblar. Bildirilib ki, onun sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşayacaq. Azərbaycanın muğam məktəbinin təbliği və inkişafında Hacıbaba Hüseynovun özünəməxsus yeri var. Onun muğam məktəbinin yetirmələri olan ifaçıların sorağı Azərbaycanın hüdudlarından çox-çox uzaqlardan gəlir. Xanəndə Azərbaycan muğamının xaricdə tanıdılmasına mühüm töhfələr verib.