Həyat yoldaşınıza hörmət bəsləyirsinizmi?


Digərləri 13 Apr 2019 23:05:00 218 0

Həyat yoldaşınıza hörmət bəsləyirsinizmi?

Həyat yoldaşına hörmət bəsləmək nə deməkdir? Əgər istəyirsinizsə, məsələyə əvvəlcə bu sulaın cavabından başlayaq. Bir çox ailələrdə hörmət məfhumunu düzgün başa düşmürlər. Məsələn, bəziləri hörməti həyat yoldaşının qarşısında fərəqət dayanmaq kimi qəbul edirlər. Halbuki, hörmət təkcə qadınlara yox, hər iki tərəfə aiddir. Və təbii ki, bunun üçün tərəflər bir-birilərini tam mənası ilə qəbul etməlidirlər. Hörmət müəyyən vaxtlarda yox, həyatın bütün mərhələlərində olmalıdır. Danışarkən hörmət, dinləyərkən hörmət, münasibətdə hörmət, ünsiyyətdə hörmət və s.

Son.az gencaile.az-a istinadən bildirir ki, bir az əvvəl də qeyd etdiyimiz kimi hörmət tərəflərin bir-birilərini qəbul etməsindən çox asılıdır.

Tərəflər bir-birilərinə xəbərdarlıq etmək və müsbət tənqid etmək hüququna malikdirlər. Bu, çox təbiidir. Ancaq bir tərəfin qarşı tərəfi qəbul edə bilməməsindən irəli gələn mənfi tənqidlər hörmətsizlik səviyyəsinə çata bilər ki, bu da hər iki tərəf üçün faciədir.