Süd vəzinin fibroadenoması nə zaman əməliyyat edilməlidir?


Digərləri 13 Apr 2019 22:55:00 214 0

Süd vəzinin fibroadenoması nə zaman əməliyyat edilməlidir?

Son vaxtlar gənc xanımlar arasında süd vəzi xəstəlikləri arasında fibroadenomalar geniş yayılıb. Bəzən bu xəstəlik haqqında dəqiq məlumatı olmayanlar fibroadenomanın mütləq bədxassəli şişə çevriləcəyindən narahat olurlar. Lakin bu kütlə heç də həmişə xərçəngə çevrilmir.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının həkimi, radioloq-mammoloq Günel Qəmbərova bildirib.

Onun sözlərinə görə, fibroadenomalar əsasən 18-40 yaş arası rast gəlinən süd vəzi törəməsidir. Fibroadenoma sərt bir kütlədir, kistadan fərqli olaraq, hətta 1 sm olduqda belə, əl ilə rahatlıqla aşkarlana bilər. Fibroadenoma çox zaman xərçəngə çevrilmir. Ancaq getdikcə böyüyə bilər, sayı arta bilər. Bəlli bir müddətdən sonra mütləq fibroadenomanın tərkibinin analizi aparılmalıdır. Çünki bu kütlənin həcmi dəyişə bilər. Bu da insanı çaşdıra bilər. Fibroadenomalar hamiləlikdə, süd vermə dövründə böyüyə bilər, zahılıq dönəmində isə hətta kiçilə bilər. Bu düyünlər estrogen hormonunun təsiri fonunda böyüyür, ona görə də hamiləlikdə kütlələr daha giqant ölçüyə, menopauza dönəmində isə ölçüləri kiçilir.