Zəlzələnin fəsadları aradan qaldırılır


Digərləri 13 Apr 2019 22:57:00 270 0

Zəlzələnin fəsadları aradan qaldırılır

Şamaxı, Ağsu və İsmayıllıda zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu il fevral ayının 5-də və 6-da baş vermiş zəlzələnin fəsadları ilə bağlı Şamaxı, Ağsu və İsmayıllıdan ümumilikdə 8891 müraciət daxil olub.

Müvafiq komissiyalar tərəfindən indiyədək 8749 müraciətə baxılıb. Şamaxıda 270, Ağsuda 266, İsmayıllıda isə 112 evin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Müraciətlərdən 1272-si İsmayıllıya aiddir.