Bərdədə istifadəsiz quyudan neft çıxdı


Digərləri 13 Apr 2019 22:58:00 216 0

Bərdədə istifadəsiz quyudan neft çıxdı

Bərdənin Kətəlparaq kəndində istifadəsiz qalan quyudan neft sızır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ötən əsrin ortalarında rayonda neft tədqiqatları aparılıb. Hətta qazılan quyulardan neft də çıxıb. Lakin səmərəsiz olduğundan bir müddət sonra həmin quyular qapadılıb.

Bu da həmin qapadılan quyulardan biridir. Quyunun qapalı olmasına baxmayaraq, neft sızıntısı davam edir. 10-15 il əvvələ qədər kənd sakinləri buradan çıxan mazutdan yanacaq kimi istifadə ediblər. Hazırda isə az hallarda heyvanlarda xəstəliklərin müalicəsində istifadə edirlər.