Bakıda tunelin üzərində asfalt örtüyü çöküb


Digərləri 13 Apr 2019 22:59:00 227 0

Bakıda tunelin üzərində asfalt örtüyü çöküb

Sürücülərin ən çox istifadə etdikləri tunellərdən birinin üst hissəsində çökmə olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, çökmə hadisəsi paytaxtın Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən yol qovşağındakı tunelin üzərində qeydə alınıb.

Həmin ərazidə torpaq qatı çöküb və bu, bir neçə hissədə müşahidə olunub.

Sakinlər iddia edirlər ki, yağış yağan zaman tunelin üstü su ilə dolduğundan asfalt örtüyündə çökmə baş verir.

Bəs tunelin üzərində asflat qatının çökməsi tuneldən istifadə edən sürücülər üçün təhlükə yaradırmı?