Yeganə həqiqi sevgiyə inam: bu, niyə təhlükəlidir?


Digərləri 13 Apr 2019 22:32:00 230 0

Yeganə həqiqi sevgiyə inam: bu, niyə təhlükəlidir?

Klassik romantiklərin sevgi haqqında təsəvvürləri yanlışdır. Siz də onlardansınızsa, yəni sizin ikinci yarınız olan birinin mövcudluğuna və onu tapacağınıza inanırsınızsa, sevgi münasibətlərinizin uğursuz sonluqlarına hazır olun.

Sevdiyiniz şəxslə aranızdakı problemlər barədə dostlarınıza danışdığınız vaxtlar olubmu?

Onların "Bunlar ki, xırda məsələlərdir, dilxor olası bir şey yoxdur" dediklərini xatırlayırsınızmı?

Bəs, sizin fikrinizcə özünə heç uyğun gəlməyən biriylə sevgili olan, amma buna baxmayaraq həmin adamla münasibəti gündən-günə yaxşılaşan dostunuz necə, varmı?

Psixoloqlar sevgi münasibətlərini necə qurmağımıza və onları davam etdirməyimizə təsir edən faktorları iki şkala üzrə qruplaşdırıblar.

Birinci şkala bizim hansısa şəxs haqqında ilkin təəssüratlarımıza və onunla uyğunluğumuzun ilkin əlamətlərinə nə dərəcədə önəm verdiyimizi müəyyən edir.

İkinci şkala isə sevgi münasibətlərində üzə çıxan problemlərin həllinə hazır olub-olmadığımızı üzə çıxarır.

Bu şkalaları münasibətlərin gizli (üzdə olmayan) nəzəriyyələri adlandırırlar.

Çünki biz onlar haqqında nadir hallarda danışırıq.

Biz intuitiv olaraq özümüzü hardasa bir yerdə bizi gözləyən yeganə və həqiqi sevgiyə inanan biri hesab edə bilərik, amma bunu başqalarıyla müzakirə etməyi xoşlamırıq.

Yeni münasibətə başlayanda biz heç bu haqda düşünmürük də.

Nəzəriyyə şkalaları bizə çox şey "danışa" bilər - məsələn, münasibətimizdəki problemləri partnyorumuzla müzakirə etməkdən yayınacağıqmı; qaşınmayan yerdən qan çıxaracağıqmı; münasibəti bitirmək qərarına gəlsək, bunu qarşı tərəfin hisslərini nəzərə almadan, kobud şəkildə edərikmi və sairə.

Bundan başqa, münasibətlərə fərqli yanaşmalar sayəsində partnyorumuzun hansısa seçiminin bizə niyə anlaşılmaz göründüyünü də başa düşə bilərik.

İlk baxışdan sevgiyə inanırsınızmı? Yoxsa zaman keçdikcə sevginin azaldığını düşünürsünüz?

"Mənim ikinci yarım" şkalası

Aşağıdakı suallara cavablarınızı 1-dən 7-yə qədərki aralıqda qiymətləndirin.

1 - "Qətiyyən razı deyiləm", 7 - "Tamamilə razıyam".

1. Sevgi münasibətlərinin uğuru partnyorların bir-birinə uyğunluq dərəcəsindən asılıdırmı (partnyor doğru seçilibmi)?

2. Mənə uyğun gələn ideal (və ya ideala uyğun) partnyor var - sadəcə onu tapmam lazımdır.

3. Evlilikdə çoxları əriylə (və ya arvadıyla) arasında mövcud olan dərin bağı aşkar edir.

4. Mənim üçün çox vacibdir ki, biz toydan sonra da ərimlə (və ya arvadımla) bir-birimizi sevək.

5. Sevməsəm, ərə getmərəm (evlənmərəm).

6. Mənə tam uyğun gələn insan yoxdur.

7. Mən istəyirəm ki, gələcək ərim (və ya arvadım) indiyə qədər tanıdığım insanların ən yaxşısı olsun.

8. İdeal insan tapmağa çalışan insanlar boşuna vaxt itirirlər.

9. Bir çox ailələrin dağılma səbəbi ər və arvad arasındakı uyğunsuzluqdur.

10. İnsanlar arasındakı əlaqə onlar hələ bir-birini tanımadıqları zamandan mövcud olur.

İndi ballarınızı hesablayın. Əvvəlcə 1, 2, 3, 4, 5, 7, 9 və 10-cu suallar üçün yazdığınız rəqəmləri toplayın.

6 və 8-ci suallarla bağlı belə davranın: yazdığınız balı 8 rəqəmindən çıxın - məsələn, 6 yazmısınızsa, balınız 8-6=2 olacaq.

Bütün rəqəmləri üst-üstə gələndən sonra alınan nəticəni 10-a bölün.

Alınan rəqəm "Mənim ikinci yarım" şkalası üzrə orta balınızdır.

"Biz hər şeyi yoluna qoyarıq" şkalası

Bu şkalada da sualları yuxarıdakı qaydada - 1-dən 7-yə qədərki aralıqda cavablandırın:

1 - "Qətiyyən razı deyiləm", 7 - "Tamamilə razıyam".

1. Sevgi münasibətlərinin uğuru tərəflərin bu münasibətlərə nə dərəcədə ciddi yanaşmasıdan asılıdır.

2. Ailədə səy göstərmək bir-birinə uyğun olmaqdan vacibdir.

3. Münasibət zamanı sevgi inkişaf edir və artır ("hazır" sevgi tapıb sonra ondan istifadə etmək düşüncəsinin əksi).

4. Əgər insanlar səy göstərsəydilər, evliliklərin çoxu uğurlu olardı.

5. Mən ağıllı və dərrakəli olan istənilən adamla ailə quraram.

6. Uğursuz evliliklərin səbəbi odur ki, insanlar münasibətlərini düzəltməyə çalışmırlar.

7. Birini yaxşı tanımaq üçün onunla çoxdan tanış olmuş olmaq lazımdır.

8. Mən təsadüfi biriylə ailə qurmağa etiraz etmərəm.