Kasıb və darısqal evdə yaşayanlar daha çox xərçəngə tutulur


Digərləri 13 Apr 2019 22:22:00 245 0

Kasıb və darısqal evdə yaşayanlar daha çox xərçəngə tutulur

Çin alimləri yeni elmi araşdırmaları ilə insanın yaşayış şəraitinin, qaldığı evin ölçüsünün, darısqallığının, hətta əşyaların sıxlığının da xərçəng yaratmasına səbəb olduğunu sübut ediblər.

Son.az medicina.az-a istinadən bildirir ki, Dalyan tibb universitetinin alimləri laboratoriyada siçanlar üzərində maraqlı eksperimentlər aparıblar. Şiş hüceyrələri köçürülmüş siçanları 2 qrupa bölüblər. 1 qrupu geniş, rahat, böyük korpusa, digər qrupu dar, sıx, qaranlıq korpusa salıblar.

Darısqal, sıx kameralarda yaşayan siçanlarda hüceyrələr bədxassəli şişə sürətlə çevrildi. Rahat, geniş korpusda dolaşan siçanlarda isə əksinə, şiş hüceyrələri çox ləng inkişaf edirdi. Təcrübənin sonun bu iki qrup siçanlarda yaranmış xərçəng şişlərinin ölşüsü bir-birindən çox fərqlənirdi.

Alimlər belə nəticəyə gəldilər ki, darısqal, yarıqaranlıq, şəraitsiz kameralarda saxlanılan siçanlarda psixoloji stress səviyyəsi çox yüksəkl olub, bu da xərçəng hüceyrələrini sürətlə böyüdüb.