Nardaranda əl qumbarası, partladıcı və avtomat patronları tapılıb FOTO
Digərləri 13 Apr 2019 21:51:00 230 0
Nardaranda əl qumbarası, UZRQM partladıcısı və 10-dan çox avtomat patronu tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, bu gün saat 13:10-da Dövlət Sərhəd Xidmətindən Agentliyə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində 1 ədəd əl qumbarasının və patronların tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Mənbə: milli.az