Bu xəstəliyə ən çox 50 yaşdan sonra kişilərdə rast gəlinir


Digərləri 13 Apr 2019 21:40:00 278 0

Bu xəstəliyə ən çox 50 yaşdan sonra kişilərdə rast gəlinir

Bəzi dərmanlar, o cümlədən vərəm əleyhinə olan dərmanlar oynaqlarda dəyişikliyə gətirib çıxarır.

Son.az e-tibb.az-a istinadən bildirir ki, bunu Tibb Universitetinin I daxili xəstəliklər kafedrasının dosenti Adil Nuriyev deyib.

Oynaqlarda daha çox rast gəlinən revmatoid artrid, deformasiyaedici osteoartroz, reyter sindromu, ostroxondroz, podaqra kimi xəstəliklərə çox rast gəlindiyini deyən mütəxəssis birləşdirici toxumanın xronik autoimmun sistem iltihabi xəstəliyi olan revmatoid artritin tipik halında oynağın ikitərəfli zədələnməsinin müşahidə olunduğunu bildirib: "İlk növbədə əl və ayaq darağı oynaqları, bilək, diz, dirsək oynaqları zədələnir. Artralgiya, şişginlik, hərəkətin səhər buxovlanması əlamətləri nəzərə çarpır. Sinovial qişanın hipertrofiyası və eksudatın toplanması sayəsində oynaqlar şişir və iyəbənzər forma alır. Palpasiya zamanı oynaqların xəmir konsistensiyalı, ağrılı olması, lokal temperaturun yüksəlməsi aşkarlanır. Revmatoid artritin tez-tez rast gəlinən ağır forması koksartozdur, bu, adətən oynağın funksiyasının pozulmasına və əlilliyə gətirib çıxarır".