20 il sonra qaraciyərin sıradan çıxma halları 4 dəfə artacaq –


Digərləri 13 Apr 2019 21:22:00 240 0

20 il sonra qaraciyərin sıradan çıxma halları 4 dəfə artacaq –

Dünya həkimləri müasir gənclər arasında qaraciyərin qeyri-alkoqol səbəbli piylənməsi səbəbindən bu orqanın xəstəliklərinin kəskin və sürətli artması ilə bağlı həyəcan siqnalı verir.

Son.az medicina.az-a istinadən bildirir ki, içki içməyən insanlarda belə inkişaf edən qaraciyərin piylənməsi, bu orqanda həddən çox lipidlərin toplanması-steatoz səbəbindən baş verir.

Statistikaya görə, dünya əhalisinin 20%-i qeyri-alkoqol piylənmədən əziyyət çəkir. Bu xəstəlik ildən-ilə artmasl ilə cəmiyyətin sağlamlığı və iqtisadiyyat üçün ciddi fəsadlara gətirib çıxaracaq.

Əvvəllər bu problem 40 yaşından yuxarı insanların xəstəliyi hesab olunsa da, elmi araşdırmalar göstərir ki, indi hətta 23-25 yaşlı gənclər də qaraciyər piylənməsindən əziyyət çəkir.

Qaraciyərin belə piylənməsi diabet, qaraciyər xərçəngi, infakrt üçün zəmin  yaradır. Bristol Universitetinin alimləri 4000 gənc insanı müayinə edərək, layihənin adını " 90-cı illərin uşaqları" qoyublar. Çünki hədəf 1990-1992- ci illər nəslinin qaraciyər göstəricilərini analiz etmək idi.