Ailələrin tez dağılmasına nə səbəb olur?


Digərləri 13 Apr 2019 21:25:00 275 0

Ailələrin tez dağılmasına nə səbəb olur?

Ətrafımızda 40 illik, 45 illik, hətta 50 illik ailələr var. Təbii ki, yeni ailə quranlar üçün bu çox maraqlıdır. Xüsusilə də, ailə həyatında problem yaşayanlar bu işin sirrini anlamaqda çətinlik çəkirlər.

Son.az gencaile.az-a istinadən bildirir ki, elə isə bu işin sirri nədədir və ya son vaxtlar ailələrin tez dağılmasına nə səbəb olur? Bu baxımdan, ailədə yeganə qayda qarşılıqlı hörmətdir. Yəni, ailədə nə qədər problem olsa da, tərəflər bir-birilərindən hörmətlərini əsirgəməməlidirlər. Bundan başqa, tərəflər arasında xoşagəlməz sözlərə (və ya ifadələrə) yol verilməməli, keçmişdə baş verən xoşagəlməz hadisələrdən qarşı tərəfə təsir göstərmək məqsədi ilə istifadə olunmamalıdır. Digər tərəfdən, danışarkən qarşı tərəf də nəzərə alınmalı, səs tonuna (ən çox da vurğulara) xüsusi diqqət yetirilməlidir. Bundan başqa, ailədə sevginizi də bir-birinizdən gizlətməməlisiniz. Buna görə də, "Mən sevgimi büruzə verə bilmirəm!" cümləsini lüğətinizdən birdəfəlik çıxarılmalısınız. Xüsusilə də, həyat yoldaşınızın "sevgi dili"nə uyğun üsullar seçilməlisiniz. Bəzən kiçik bir hədiyyə, bəzən də şirin bir söz bu işdə köməyinizə çata bilər.