Nardaranda əl qumbarası, partladıcı və avtomat patronları tapılıb (FOTO)


Digərləri 13 Apr 2019 21:22:17 195 0

Nardaranda əl qumbarası, partladıcı və avtomat patronları tapılıb (FOTO)

Nardaranda əl qumbarası, UZRQM partladıcısı və 10-dan çox avtomat patronu tapılıb.

Bakı. Nardaranda əl qumbarası, UZRQM partladıcısı və 10-dan çox avtomat patronu tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 13:10-da Dövlət Sərhəd Xidmətindən Agentliyə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində 1 ədəd əl qumbarasının və patronların tapılması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.