“Bluetooth” qulaqcıqlar xərçəng yaradır?


Digərləri 13 Apr 2019 20:32:00 251 0

“Bluetooth” qulaqcıqlar xərçəng yaradır?

Bu yaxınlarda internetdə naqilsiz qulaqcıqların xərçəng riskini artırdığı haqda xəbərlər yayıldı.

Son.az medicina.az-a istinadən bildirir ki, 2015-ci ildə dərc edilən bir məqalədə 42 ölkədən olan 247 alimin naqilsiz qulaqcıqların elektromaqnit sahə yaradaraq, insan sağlamlığına mənfi təsiri qeyd olunur.

Elektromaqnit sahəsi nədir?

Elektromaqnit sahəsi elektrik dalğaları tərəfindən əmələ gələn gözəgörünməz enerji və şüa sahəsidir. "Bluetooth" və naqilsiz qulaqcıqlardan istifadə zamanı xüsusi tipli ionlaşmayan radioaktiv şüalanma yaranır. Bu qurğulara mikrodalğalı sobalar, smartfonlar, kompüterlər də aiddir.