İshalların xalq təbabəti üsulları ilə müalicəsi


Digərləri 13 Apr 2019 19:45:00 420 0

İshalların xalq təbabəti üsulları ilə müalicəsi

İshalların xalq təbabəti üsulları ilə müalicəsi Qədim reseptlərdən: İshalı müalicə etmək üçün təmiz yuyulmuş toyuq mədəciklərinin içindəki dəriciyi çıxartmaq, quruduqdan sonra toz halına salmaq lazımdır. Alınan toz hər gün 1-2 dəfə yarım çay qaşığı yeməkdən qabaq 100 ml su ilə qəbul edilir. Qoz arakəsmələrinin ekstraktı: Son.az immunitet.az-a istinadən bildirir ki, 300 qr qozu sındırdıqdan sonra ləpələrin arakəsmələrini toplayın, üzərinə 250 ml 40%-li spirt vəya araq tökün. Qaranlıq yerdə hərdən çalxalamaq şərti ilə 5-7 gün saxlayın, sonra süzün. Gündə 3 dəfə yeməkdən əvvəl 6-10 damcı ilıq su ilə birlikdə qəbul edin. Nəcis formalaşan kimi müalicəni dayandırmaq lazımdır, çünki ekstraktın uzuzn müddət qəbulu qəbizliyə gətirib çıxara bilər. Ağcaqovaq dəmləməsi: 1 çay qaşığı yaşıl ağcaqovaq tumurcuğunu xırdaladıqdan sonra üzərinə 200 ml qaynar su töküb, 15-20 dəqiqə su hamamında dəmləyin. 40 dədidə saxladıqdan sonra süzün. Nəcis formalaşana qədər dündə 3 dəfə 1-2 xörək qaşığı qəbul edin. Ballı qaraçörəkotu dəmləməsi: 2 xörək qaşığı qaraçörəkotu köklərini xırdaladıqdan sonra üzərinə 1 litr 40%-li spirt əlavə edin. Bir həftə saxladıqdan sonra ekstrakta 3 xörək qaşığı bal qarışdırıb daha iki həftə saxlayın. Nəcis formalaşana qədər gündə 2 dəfə 2 xörək qaşığı qəbul edin. Son.az