İranın cənubunda 2 tona yaxın narkotik tapıldı


Dünya 13 Apr 2019 17:13:00 204 0

İranın cənubunda 2 tona yaxın narkotik tapıldı

İranın cənub-şərqində Sistan və Bəluçestan vilayətində 1,92 ton narkotik maddə aşkarlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Sistan və Bəluçestan vilayəti polis rəisi Məhəmməd Qənbəri deyib.

M.Qənbərinin sözlərinə görə, narkotik maddələrin ticarəti ilə məşğul olan dəstə onu iki hissəyə bölərək nəql etməyə cəhd ediblər. Polisin keçirdiyi 2 əməliyyat nəticəsində narkotik yük aşkarlanıb.