Serenay Tatlıtuğu geridə qoydu


Digərləri 13 Apr 2019 16:13:00 207 0

Serenay Tatlıtuğu geridə qoydu

Son illərin ən çox bəyənilən aktrisalarından olan Serenay Sarıkaya film və seriallardan çox reklam çarxlarına çəkilməyə üstünlük verir.  Son.az axşam.az-a istinadən xəbərinə görə, sevgilisi Kerem Bürsin ilə bir geyim firmasının reklam üzü olan Sarıkaya elə aktyorla orada tanış olmuşdu.  Daha sonra iki ayrı mövsümdə də markanın siması olmağı bacarıb. 27 yaşındakı aktrisa markanın satışlarını 95 faizə qədər artırıb. Elə buna görə də Serenaya hər gün reklam təklifləri gəlir.  Kıvanç Tatlıtuğ "Victoria's secret"in mələyi Barbara Palvinlə eyni firmanın reklamında rol almışdı. Həmin ərəfədə brendin satışı yüksəlmişdi. Hazırda isə Sarıkaya Tatlıtuğu geridə qoyub.