Roma Papası İrana humanitar yardım ayırıb


Dünya 13 Apr 2019 15:27:00 508 0

Roma Papası İrana humanitar yardım ayırıb

Roma Papası Frensisk İranda baş vermiş təbii fəlakətdən zərər çəkənlərə 100 min avro yardım ayırıb.

Son.az bildirir ki, AZƏRTAC İran mətbuatına istinadla xəbər verir ki, Roma Papası Vatikanın İrandakı elçiliyi vasitəsilə ayrılan 100 min avronu seldən zərər çəkənlərin ən zəruri tələbatlarını ödəmək üçün xərcləyəcək.

Xatırladaq ki, aramsız yağan yağışlar nəticəsində yaranan sel İranın 24 vilayətindəki şəhər və kəndlərə böyük ziyan vurub, infrastruktur dağılıb, 70-dən çox adam həlak olub.