Gəncədə toydan qayıdan müğənnini döyüb öldürən şəxs


Kriminal 13 Apr 2019 15:13:00 404 0

Gəncədə toydan qayıdan müğənnini döyüb öldürən şəxs

Gəncə şəhərində qətl hadisəsi törətməkdə ittiham olunan Həbib Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və baxış iclası aprelin 15-nə təyin edilib.

İttihama görə, ötən il iyulun 31-də Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Kamran Yusifov naməlum şəraitdə döyülüb. O, həmin gün ağır kəllə-beyin travması ilə Gəncə şəhər Mərkəzi Klinikasına yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, avqustun 1-də günorta saatlarında dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Həbib Əliyev tutularaq istintaqa təhvil verilib.