Kiyevdə azərbaycanlı rəssamın fərdi sərgisi açılıb


Kriminal 13 Apr 2019 14:32:00 226 0

Kiyevdə azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın Əməkdar rəssamı Vüqar Muradovun fərdi sərgisi açılıb.

Azərbaycanın Ukraynadakı səfirliyindən Son.az-a verilən məlumata görə, sərgidə Ukraynanın tanınmış rəssamları, diplomatik nümayəndəliklərin təmsilçiləri, ictimai-siyasi xadimlər və soydaşlarımız iştirak edib.

Azərbaycanın dünyanın mədəniyyət beşiyinə çevrildiyini deyən ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, V.Muradov artıq öz əsərləri ilə sözünü demiş rəssamdır. Rəssam Ukraynada ilk dəfədir ki, fərdi sərgisini keçirir. "Rəssamın digər xarici ölkələrdə olduğu kimi Ukraynada da fərdi sərgisinin uğur qazanacağına inanıram. Bu cür sərgilər Azərbaycanın mədəniyyət sahəsində inkişafını göstərir. Bu gün ölkəmiz multikulturalizm, mədəniyyət sahəsində lokomotiv rolunu oynayır. Bu istiqamətdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmiz dünyada məşhurluq qazanan iri layihələr həyata keçirməkdədir", - deyə səfir əlavə edib.

Tarixən Azərbaycanda istedadlı, tanınan rəssamların yetişdiyini qeyd edən Kiyev Milli Art Qalereyasının rəhbəri Luri Vakulenko çıxışında ölkəmizin mədəni zənginliyindən danışıb. O bildirib ki, V.Muradovun əsərləri Ukraynada uğur qazanacaq. Vüqar Muradov gördüyünü, düşündüyünü çox uğurlu formada insanlara təqdim edə bilir.


Xəbərə aid fotolar