“Onkoloji diaqnozları ciddiyə almayın”


Digərləri 13 Apr 2019 14:39:00 203 0

“Onkoloji diaqnozları ciddiyə almayın”

Millət vəkili Fazil Mustafa Azərbaycanda onkoloji xəstəlik diaqnozu qoyulan insanlara müraciət edib. Son.az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan F. Mustafa xəstələrə bu diaqnozları ciddiyə almamağı tövsiyə edib:

"Uzaq qohumlardan bir xanım var. Bəlkə də15 ildir Bakıda onkoloji xəstəlik diaqnozu qoyublar və hər il bədəninə ximya yeridirlər. Əlində olub-qalan pulu da dərmanlara sərf olunur. Oğlu illər öncə Qərb ölkələrinin birinə köçüb və maddi durumu yaxşı olduğundan anasını da yanına aparıb. İndicə xəbər tuturam ki, orada ciddi müayinədən keçirilib və anlaşılıb ki, onkologiyaya aid heç bir problemi olmayıb.