Bakıda keçmiş məhbuslar arasında bıçaqlanma


Digərləri 13 Apr 2019 14:05:00 254 0

Bakıda keçmiş məhbuslar arasında bıçaqlanma

Aprelin 12-də Bakının Binəqədi rayonunda keçmiş məhbuslar arasında dava düşüb.

Son.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Nəriman Nərimanov küçəsində insanların gözü önündə 48 yaşlı Almasi Tərlan Mirəhmdə oğluna bıçaq zərbələri endirilib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Araşdırma zamanı məlum olub ki, Almasi narkotik vasitənin saxlanılmasına görə əvvəllər məhkumluq həyatı yaşayıb.