Sağlamlıq imkanları məhdud tanınmış amerikalı müğənni-bəstəkar Bakıda səfərdə olub (FOTO)


Digərləri 13 Apr 2019 13:11:20 191 0

Sağlamlıq imkanları məhdud tanınmış amerikalı müğənni-bəstəkar Bakıda səfərdə olub (FOTO)

Səfəri çərçivəsində onun sağlamlıq imkanları məhdud istedadlı uşaq və gənclərlə görüşləri keçirilib

Bakı. ABŞ-ın Azərbaycandakı səfirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı Amerika Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış amerikalı müğənni-bəstəkar, motivasiya spikeri Toni Memmel və qrupunun ölkəmizdə sağlamlıq imkanları məhdud yaradıcı və istedadlı azərbaycanlı uşaq və gənclərlə görüşləri keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıya səfəri çərşivəsində musiqiçi öz qrupu ilə birlikdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı Amerika Mərkəzində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində konsert proqramları ilə çıxış edib. Onun, həmçinin Xaçmaz şəhər və Salyan şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzlərində də görüşləri olub. Keçirilən bu tədbirlərin əsas məqsədi sağlamlıq imkanları məhdud yaradıcı və istedadlı uşaq və gənclərin ruhlandırılmasından və yaradıcılıq meyllərinin dəstəklənməsindən ibarətdir. Konsert proqramları zamanı sağlamlıq imkanları məhdud istedadlı uşaq və gənclər T.Memmellə bərabər ifa edib, müxtəlif musiqi alətlərində çıxış edərək öz bacarıqlarını nümayiş etdiriblər. T.Memmel Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində yaradılmış şəraitlə tanış olub, ölkəmizdə əlilliyi olan şəxslərin peşə-sosial reabilitasiyası üçün belə bir müasir Mərkəzin yaradılmasının təqdirəlayiq olduğunu qeyd edib.