Şpaqaçımız Ruslan Həsənov dünya birinciliyində bürünc medal qazanıb


Digərləri 13 Apr 2019 12:24:05 217 0

Şpaqaçımız Ruslan Həsənov dünya birinciliyində bürünc medal qazanıb

Qrup mərhələsində keçirdiyi 6 görüş qalib başa vuran Ruslan Həsənov mütləq nəticə ilə pley-off-a yüksəlib.

Bakı. Qrup mərhələsində keçirdiyi 6 görüş qalib başa vuran Ruslan Həsənov mütləq nəticə ilə pley-off-a yüksəlib. Azərbaycan Qılıncoynatma Federasiyasından Trend-ə verilən məlumata görə, 1/64 finalda yunan Dimitrios Markisə 15:6 hesabı ilə qalib gələn Ruslan, ardınca rumıniyalı Adam Masckanı 15:10 hesabı ilə məğlub edib. Həsənov 1/16 finalda Niderland təmsilçisi Rendi Postmanı yolundan kənarlaşdırıb (15:8). Ruslan 1/8 finalda israilli Stanislav Qalperə gücünü göstərib (15:13). 1/4 finalda Macarıstan qılıncoynadanı David Nagi üzərində 15:11 hesablı qələbə qazanan Ruslan Həsənov dünya birinciliyinin yarımfinalına yüksəlməklə müstəqillik tariximizdə ilk dəfə gənclərin dünya birinciliyində mükafatçılar sırasında yer almağı bacaran qılıncoynadan kimi tarixə düşüb. Şpaqaçımız yarımfinalda fransal Artur Filippə 7:15 hesabı ilə uduzub.