Sosial şəbəkədə tanış olduğu qızı hədələyib zorladı


Digərləri 13 Apr 2019 11:59:00 202 0

Sosial şəbəkədə tanış olduğu qızı hədələyib zorladı

Bakı Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkədə tanış olduğu qızı zorlamaqda ittiham edilən Roman İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam edir.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi aprel ayının 19-na təyin olunub.

Qeyd edək ki, hadisə Bakının Nizami rayonunda baş verib.

İttihama görə, 1988-ci il təvəllüdlü Roman İbrahimov sosial şəbəkələrdən birində Samirə Məmmədova (ad və soyad şərti verilib - red.) ilə tanış olub. Daha sonra Roman İbrahimov Samirə ilə real həyatda görüşməyə başlayıb.