Bakı metrosunda süni havalandırmanın keyfiyyəti bir neçə dəfə artırılacaq


Digərləri 13 Apr 2019 11:22:00 238 0

Bakı metrosunda süni havalandırmanın keyfiyyəti bir neçə dəfə artırılacaq

Bakı metrosunda istismar müddətini başa vurmuş 7 ventilyator bu il ərzində yenisi ilə əvəz ediləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, 2018-ci ildə dünyanın aparıcı şirkətlərinin məhsulları arasında aparılmış monitorinqə əsasən, ən sərfəli, səmərəli və Bakı Metropoliteninin bütün tələblərini nəzərə alan variant kimi, Rusiyanın "Artyomovsk Maşınqayırma Zavodu "Ventprom" Səhmdar Cəmiyyəti seçilərək müqavilə imzalanmışdı.

Ventilyatorlardan 4-ü "VOM 24R", 3-ü isə "VOM 20" tiplidir. Onların gücü müvafiq olaraq 75 və 55 kVt, məhsuldarlığı, texniki göstəriciləri Bakı Metropoliteninin istismar şəraitinə tam uyğun və qənaətbəxşdir. Məhsuldarlığı ilə yanaşı, yeni ventilyatorların faydalı iş əmsalı, faydalı gücü, titrəyiş və səs-küy həddi və s. texniki göstəriciləri tələb olunan standartlara cavab verir.

Cari ilin may ayına qədər Bakıya gətirilməli olan 7 ventilyatordan ikisinin artıq quraşdırılması üzrə işlər başlayıb.