Kəramətlə dostunu kafedə döydülər


Digərləri 13 Apr 2019 11:04:00 251 0

Kəramətlə dostunu kafedə döydülər

Gənc yazıçı, jurnalist Kəramət Böyükçöl (Nəcəfov)  döyülüb.

Son.az bildirir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, bu barədə dostu 1986-cı il təvəllüdlü Şamil Paşayev Yasamal rayon 28-ci polis bölməsinə ərizə ilə müraciət edib.

Belə ki, aprelin 11-i gənc yazıçı dostu Ş. Paşayevlə birgə Yasamal rayonunda yerləşən "Port Röyal " kafesində tanımadıqları 10 nəfərə yaxın şəxslə mübahisə edib. Bu zaman Kəramətlə dostunu xuliqanlıq zəminində döyərək xəsarət yetiriblər. 

Faktla bağlı polis bölməsində araşdırma aparılır.