"Guya pulu az olanlar yaşaya bilmir?"


Digərləri 13 Apr 2019 10:23:00 229 0

"Guya pulu az olanlar yaşaya bilmir?"

Çox sənətkarlarımızı dumana, çənə salıb o yolla yox edirlər. Harada barmaqla sayılan sənətkarlar varsa, o yolun yolçusu olurlar. Onlarda iradə yoxdur, yoxsa pul onların gözünü dumanlandırır?

Son.az xəbər verir ki, bunu Zaur Kamal aparıcısı olduğu proqramda 78 yaşlı xalq artisti Aftandil İsrafilovla söhbəti zamanı bildirib.

Aparıcının sualına bu yaşına kimi siqaret çəkmədiyini bildirən xalq artistinin cavabı maraqlı alınıb:

"Onları salmırlar e, onlar özləri düşürlər o dumana. Mənim ağlım oralıq deyil. İradə möhkəmliyi olmalıdır. Guya pulu az olanlar yaşaya bilmir? Hamısı da firavan, sağlam yaşayırlar. Gərək alnı açıq gəzəsən xalq arasında". 


Xəbərə aid fotolar