Bakıda məktəbdə amerikalı və azərbaycanlı müəllim əlbəyaxa oldular İDDİA


Digərləri 13 Apr 2019 10:27:00 196 0

Bakıda məktəbdə amerikalı və azərbaycanlı müəllim əlbəyaxa oldular  İDDİA

Bakının elit kollecində müəllimlər arasında əlbəyaxa dava olub.

Son.az baku.ws-ə istinadən xəbər verir ki, hadisə ötən gün saat 15 radələrində Bakının Nizami rayonu, M.Əliyev küçəsi 17 ünvanda yerləşən "British school College"də işləyən müəllimələr - 1986-cı il təvəllüdlü Aidə Qiryət qızı Əsədova ilə Amerika vətəndaşı Coandra Hollis Con arasında münaqişə baş verib.

Münaqişə əlbəyaxa davaya çevrilib. Dava zamanı hər iki müəllim xəsarətlər alıb.

Baş verən dava barədə Nizami Rayon Polis İdarəsi 24-cü polis bölməsinə məlumat daxil olub.

Faktla bağlı polisin istintaq şöbəsində araşdırma aparılır.