Samsung Galaxy S10 təkmilləşdirmənin 10 ili


Digərləri 13 Apr 2019 10:00:00 243 0

Samsung Galaxy S10  təkmilləşdirmənin 10 ili

Smartfonun displeyi cihazın siması sayılır. Kamera ilə çəkilən şəkillər, smartfonun öz əlavələri və hətta cihazın parlaq və ya zəif işıqlandırma şəraitində istifadə rahatlığını məhz displeyin məhsuldarlığı təmin edir.

Galaxy S10 seriyası Samsung telefonları irsinin yeni cəlbedici fəslidir. Galaxy seriyasının yaranmasının 10 illik yubileyinə həsr edilən bu xəttin buraxılışı ilə sözügedən Koreya şirkəti bazarda ən effektiv və güclü displey istehsalını hədəf aldığını vurğuladı. Beləliklə, Galaxy S10 TÜV Rheinland  tərəfindən sertifikatlaşdırılmış və yayılan göy şüanın intensivliyinin təsvir keyfiyyətinə təsir göstərmədən azalmasını təmin edən Eye Comfort texnologiyasını dəstəkləyən Dynamic AMOLED ekran ilə təchiz olunmuşdur. Araşdırmalar nəticəsində Almaniyada yerləşən bu testləşdirmə və sertifikasiya institutu göy işığın əks etdirilməsinin 12%-dən 7% qədər azalmasını müəyyən etmişdir.

Qeyd edilən bu göstərici çox böyük əhəmiyyət daşıyır, belə ki, göy işığın təsiri gözlərə ziyandır. Bu nailiyyət sayəsində isə smartfonlarla işləmək daha  rahat olub. Lakin buna baxmayaraq, displey 100%-lik əhatə ilə DCI-P3 rəng qammasında (rəqəmsal kinoteatrlar üçün nəzərdə tutulmuşdur) 16 milyondan çox rəng çalarını ifadə etməyə davam edir.

Bu səbəbdən DisplayMate ekspertləri tərəfindən Galaxy S10 ekranının əks etdirdiyi rənglərin real həyatdakı kimi ifadə edildiyini qeyd edib, "ən dəqiq rəngli displey" kimi təqdim olunması gözlənilən haldır. Nəşr qeyd edir ki,  Galaxy S10 rekordlara imza atıb və ya digər model smartfonlarının displey göstəricilərini təkrarlayıb, belə olduğu halda məhsul "Əla, A+" ilə təltif olunaraq ən yüksək qiymətə layiq görülüb.

Həmçinin, Galaxy S10-nun ekranı HDR10+ dəstəkləyən ilk mobil displey olaraq təsvir reallığını əvvəllər görünməyən yüksəkliklərə ucaldıb. Yeni texnologiya ilə təchiz olunan bu ekranın test tədqiqatlarında DisplayMate rekord dəqiqlik qeydə alıb.