Facebook Zukerberqin təhlükəsizliyinə təxminən 20 milyon dollar xərcələyib


Dünya 13 Apr 2019 09:09:00 247 0

Facebook Zukerberqin təhlükəsizliyinə təxminən 20 milyon dollar xərcələyib

"Facebook" şirkəti 2018-ci ildə Mark Zukerberqin və onun yaxınlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə təxminən 20 milyon dollar xərcləyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, M.Zukerberq "Facebook"da işinə görə ildə 1 dollar maaş alır, lakin şirkət onun öz səlahiyyətlərini yerinə yetirərkən çəkdiyi xərcləri ödəyir.

Bu xərcin məbləği 2018-ci ildə 22,6 milyon dollar təşkil edib. 22,6 milyon dolların təxminənm 20 milyonu M.Zukerberqin və onun yaxınlarının təhlükəsizliyinin təmin edilməsinə, 2,6 milyonu isə şəxsi avianəqliyyatdan istifadə ilə bağlı xərclərin ödənilməsinə istifadə edilib.