"Şüvəlan" təchizatyedək gəmisi əsaslı təmir olunub FOTO


Digərləri 13 Apr 2019 08:53:00 286 0

"Şüvəlan" təchizatyedək gəmisi əsaslı təmir olunub  FOTO

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus "Şüvəlan" təchizat-yedək gəmisi əsaslı təmir olunub.

Son.az Trend-ə istinadən bildirir ki, "Bibiheybət" Gəmi Təmiri Zavodunda aparılan işlər vaxtında və yüksək keyfiyyətlə başa çatdırılıb.

Proses zamanı gəminin baş və köməkçi mühərriklərində cari təmir işləri aparılıb, yağ seperatoru, su-yağ soyuducuları, boru sistemləri, dayanacaq mühərriklərinin generatorları, mexanizm və elektrik avadanlıqlarının elektrik idarəetmə və qorunma sistemləri təmir olunub, xilasedici qayığın kran-balkasının sınaq işləri həyata keçirilib.

Həmçinin gəmi heyətinin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yeməkxana, sanitar qovşaqlar, istirahət otağı və kayutlarlarda lazımi işlər görülüb.


Xəbərə aid fotolar