2018 – ci ildə dünyada çaxır istehsalı rekord həddə çatıb


Digərləri 13 Apr 2019 08:55:00 346 0

2018 – ci ildə dünyada çaxır istehsalı rekord həddə çatıb

Bu 15 ilin ən böyük istehsal həcmidir.

2018-ci ildə 15 il ərzində dünya üzrə çaxır istehsalı  rekord həddə çatıb: Beynəlxalq üzümçülük və şərabçılıq təşkilatının (BŞT) məlumatına görə, ötən illə müqayisədə göstərici  17%-i keçib.

Son.az bizplus.az-a istinadən bildirir ki, cəmi 292,3 milyon hektalitr və ya 39 milyard şərab şüşəsi istehsal olunub. Bu BŞT-nin oktyabr proqnozundan daha yaxşıdır. O, yarım əsr ərzində, məhsulun az olduğu vaxtla ,  yəni 2017-ci illə müqayisədə artım 12% olub.

Dünya üzrə ən iri istehsalçı statusu İtaliyanın üzərindədir, belə ki, o istehsal həcmini 28,9% artıraraq 54,8 milyon hektalitrə çatdırıb. Onun ardınca İspaniya ( +36,7% ) və Fransa (34,8%)gəlir.

Fiziki baxımdan ən iri ixracatçı İspaniya olub (20,9 milyon hektalitr), dəyərinə görə isə - Fransa ( 9,3 milyard avro ).