“Walt Disney”in rəhbəri: “2021ci ildə vaxt çatacaq və nəhayət vəzifədən gedəcəyəm”


Digərləri 13 Apr 2019 08:01:00 242 0

“Walt Disney”in rəhbəri: “2021ci ildə vaxt çatacaq və nəhayət vəzifədən gedəcəyəm”

"Walt Disney Company"nin rəhbəri Robert İqer bildirib ki, o, 2021-ci ildə vəzifəsindən istefaya gedəcək.

Son.az bizplus.az-a istinadən bildirir ki, bu barədə CNBC telekanalı məlumat yayıb.

"Güman edirəm ki, müqaviləmin müddəti 2021-ci ilin sonunda yekunlaşacaq... Əvvəl də bu barədə deməyə hazırlaşırdım ki, amma bu dəfə hər şey ciddidir. Mən 2005-ci ilin oktyabrından rəhbərəm. 2021-ci ildə vaxt çatacaq və nəhayət vəzifədən gedəcəyəm", - deyə o bildirib.

Qeyd edilir ki, İqer şirkətlə müqavilənin müddətini iki dəfə uzadıb: əvvəlcə 2018-ci ildə, sonra isə 2021-ci ilə qədər.