Yandırıcı küləyin məhv etdiyi əkini xatırlayan infaq


Digərləri 13 Apr 2019 08:05:00 227 0

Yandırıcı küləyin məhv etdiyi əkini xatırlayan infaq

Quran məsəllərindən nümunələr

Allah-Taala Qurani-Kərimin "Ali-İmran" surəsinin 116-117-ci ayələrində buyurur:

إِنَّ الَّذِینَ كَفَرُوا لَنْ تُغْنِی عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللَّهِ شَیئًا وَأُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِیهَا خَالِدُونَ

"Həqiqətən, kafir olan şəxslərin nə malları, nə də övladları onları Allahdan (Allahın əzabından) əsla qurtara bilməyəcək. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar."

مَثَلُ مَا ینْفِقُونَ فِی هَذِهِ الْحَیاةِ الدُّنْیا كَمَثَلِ رِیحٍ فِیهَا صِرٌّ أَصَابَتْ حَرْثَ قَوْمٍ ظَلَمُوا أَنْفُسَهُمْ فَأَهْلَكَتْهُ وَمَا ظَلَمَهُمُ اللَّهُ وَلَكِنْ أَنْفُسَهُمْ یظْلِمُونَ

"Onların dünya həyatında infaq etdikləri şey özünə zülm etmiş bir qövmün əkinlərini məhv edən yandırıcı küləyə bənzəyər. Allah onlara zülm etmədi, lakin özləri özlərinə zülm etdilər."

Kafirlərin dayağı

Son.az maide.az-a istinadən bildirir ki, Allahla əlaqəni qırıb, Ondan qeyrisinə arxalanan kafirlər dünyada üç şeyə daha çox əhəmiyyət verirlər: 1. övlad; 2. mal-dövlət; 3. xərclər.

Qurani-Kərim ilk iki dayağa əhəmiyyət göstərmədən buyurur ki, bunların heç biri onlara cəhənnəmdən qurtuluş verməyəcək. Çünki axirət dünyası bura ilə fərqlənir. Dünyada mal və övlad insanın köməyinə çatsa da, axirətdə yalnız yaxşı əməllər nəzərə alınır:

إِنَّ الَّذِینَ كَفَرُوا لَنْ تُغْنِی عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللَّهِ شَیئً