“Amazon” istifadəçilərinə qulaq asır


Digərləri 13 Apr 2019 07:31:00 285 0

“Amazon” istifadəçilərinə qulaq asır

"Amazon" şirkətinin əməkdaşları Alexa səs köməkçisi vasitəsilə istifadəçilərin səs yazmalarına qulaq asırlar, burada əsas məqsəd xidməti daha da yaxşılaşdırmaqdır. Bu haqda yeddi mənbəyə istinadən Bloomberg xəbər verir.

Son.az bizplus.az-a istinadən bildirir ki, şirkətin hər bir komanda üzvü gün ərzində 9 saat işləyərək, minə yaxın səs yazmasına qulaq asır. Bəzən şirkətin əməkdaşları üzərində "Amazon" yazısı olmayan fərqli-fərqli binalarda çalışırlar. Bu haqda şirkətin Rumıniyadakı ofisində çalışan iki əməkdaş məlumat verib.

Səs yazmaları dinlədikdən sonra, onlar yenidən cihazın proqram təminatına qaytarılırlar. Mənbələr qeyd edirlər ki, proqram təminatında insanın deyil, süni intellektin rolu daha böyükdür.