“WiFi” protokolunda boşluqlar üzə çıxıb


Digərləri 13 Apr 2019 07:21:00 276 0

“WiFi” protokolunda boşluqlar üzə çıxıb

2017-ci ildə Meti Vanhof və Eyal Ronen müasir "Wi-Fi" şəbəkələrində istifadə olunan "WPA2" protokolunda bir sıra kritik boşluqlar aşkar etmişdilər. Boşluqlar "KRACK" (Key Reinstallation Attacks) kimi adlandırılmışdı.

Son.az bizplus.az-a istinadən bildirir ki, indi həmin mütəxəssislər ən yeni "WPA3" protokolunda təhlükəli boşluqlar aşkar ediblər. "Dragonblood" adlı boşluqlar rabitə qurulması mexanizmindən istifadə edir. "WPA3" protokolunda mexanizm "Dragonfly" adlanır və indiki ana kimi ən etibarlı və təhlükəsiz hesab edilirdi.