120 milyard dollar qiymətləndirilən Uber İPOya çıxmaq barədə xəbər verib


Digərləri 13 Apr 2019 07:01:00 257 0

120 milyard dollar qiymətləndirilən Uber İPOya çıxmaq barədə xəbər verib

"Uber Technologies" şirkəti Nyu-Yorkun fond birjasında öz səhmlərinin ilk qoyuluşunu rəsmən elan edib və rəqibinin "Lyft İnc." şirkəti olduğunu bildirib.

Son.az bizplus.az-a istinadən bildirir ki, məlumatda qoyuluş məbləği qismində 1 milyar dollar qeyd edilib. Söhbət, komissiya hesabı üçün lazım olan şərti məbləğdən gedir. Bloomberg-in bildirdiyinə görə, real məbləğ çox ola bilər, hətta o qədər ki. "Uber"i bu ilki ən böyük İPO-nun namizədinə çevirə bilər.

Öz bildirişində "Uber" maliyyə göstəricilərini açıqlayıb. 2018-ci ildə onun gəliri 11,3 milyard dollar, xalis mənfəəti isə 997 milyon dollar olub. Bununla belə operativ xərclər 3,03 milyard dollara çatıb.

"Uber"də həmçinin bildirilib ki, gələcəkdə şirkət planlaşdırılmış mənfəət hədəflərinə çatmamaqda risk edir. Bu, dünyanın müxtəlif ölkələrində rəhbər orqanlar tərəfindən gələn təzyiqlə qiymətlərin endirilməsi üçün oynayan rəqiblərin hərəkəti ilə izah olunur. Bununla belə "Uber"də belə vurğulayırlar ki, bu problemlərə baxmayaraq, şirkət bütün bazar üzrə ən böyük oyunçu hesab olunur,onun xidmətlərindən isə 90 milyondan çox insan istifadə edir.