Uşağın qarnı ağrıyanda nə etməli?


Digərləri 12 Apr 2019 23:59:00 350 0

Uşağın qarnı ağrıyanda nə etməli?

Əgər körpə ağlayıb, ayaqlarını qarnına doğru yığırsa, qarnına əl vurmağa qoymursa, deməli, həqiqətən qarın boşluğunda  problem var. Bu zaman valideynin birinci vəzifəsi ağrının, narahatlığın səbəbini tapıb, aradan qaldırmaqdır. 

Son.az medicina.az-a istinadən körpələrdə qarın ağrısı və sancıların səbəblərini təqdim edir.

-Çox hallarda qarında ağrı sadəcə köp, meteorizm səbəbindən olur -Eləcə də müxtəlif infeksiyalar -Köhnəlmiş və ya soyuq qida -Qida dəyişikliyi

Hansı hallarda təcili həkimə göstərilməlidir?

-Qusma ilə yanaşı qarın ağrısı -Qarın ağrısı və nəcisdə qan -Xüsusən 1 yaşa kimi uşaqlarda təkrari qusmalar varsa, təcili yardım çağırılmalıdır -Diareya, yüksək hərarət -Kəskin qanstroenterit -Tutma şəkilli ağrılardan sonra nəbzin zəfləməsi, huşun itməsi - bu artıq susuzlaşmanın əlamətidir

Əgər uşağın qarnı ağrıyırsa və güclü köp varsa, bu onun qida və yuxu rejimini pozur. 

Qarında problem olmasının digər əlamətləri:

-Uşaq az və pis yeyir -Qışqıraraq döşdən çəkilir -Əllərini qarnında yumruqlayıb sıxır -Xüsusən yeməkdən sonra üzündə narazılıq, ağrı mimikası olur -Qarın əzələləri gərgin olur, toxunanda ağlayır -Qarnı ağrıyan körpə adətindən daha uzun müddət ağlayır, sakitləşdirmək mümkün olmur