I tip şəkərli diabet nədir? Əlamətlər, müalicə


Digərləri 12 Apr 2019 23:45:00 261 0

I tip şəkərli diabet nədir?  Əlamətlər, müalicə

Şəkərli diabet xəstəliyi 2 tipdə olur: I tip diabet insulin asılı və ya yuvenil adlanır.

Bu xəstəlik endokrin patologiya olub, insulin adlı peptid hormonun zəif hasilatı nəticəsində qanda qlükozanın səviyyəsinin artmasıdır. 

Son.az medicina.az-a istinadən I tip diabetin əlamətlərini təqdim edir:

-Güclü susuzluq, yanğı hissi -Çəkinin azalması -Sidiyə tez-tez getmə -Qaşınma

Əgər sizdə çox su içməyinizə baxmayaraq susuzluq keçmirsə, dil-dodağınız quruyursa, gündüz saatlarında yatmaq istəyirsizsə, heç bir səbəb olmadan arıqlayırsızsa, əsəbləriniz pozulubsa, gecə 1-2 dəfə sidiyə qalxırsızsa, sutkalıq sidik ifrazı 2 litri keçirsə, o zaman diabet müayinəsindən keçməlisiz. Eləcə də xəstənin dırmaqları, saçları quruyur, zəifləyir, dərisi çox quruyur, çatlayır, yaraları, kəsiklər gec sağalır, gözlərində zəiflik olur.  

Hazırda  bu xəstəlik autoimmun pozulma kimi qəbul olunur. 

I tip diabet daha çox uşaq və yeniyetmələrdə rast gəlinir. Amma hazırda 20-30 yaş arası gənclərdə də rast gəlinir.  İnsulin dozası almadıqda diabetik ketoasidoz, hipoqlikemik koma baş verə bilər.

Müasir tibb hələ I tip diabetin səbəblərini öyrənməyə davam edir. Daha çox genetik-irsi faktorlar əsas gətirilir. Əgər valideynlərdə, nənə-babada bu diaqnoz olubsa, deməli uşaqlarda olma ehtimalı 10% artır.