Yaz allergiyasını yaradan əsas səbəb...


Digərləri 12 Apr 2019 22:22:00 223 0

Yaz allergiyasını yaradan əsas səbəb...

Yazın gəlişi ilə allergik xəstəliklərin fəallaşması başlayır. Bir çox mövsümi xəstəliklər, burun axması, qaşınma, göz yaşarması və dəri qıcıqlanmaları baş qaldırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədovun dediyinə görə, bəzi ağacların tozlanması allergiyaya meyilli olanlarda narahatlıq yaradır. Məsələn, fındıq, qızılağac, küknar, tozağacı və bəzən az da olsa tut və çinar ağaclarının tozcuqları havaya daxil olaraq həssas insanlarda allergiya əlamətlərinin baş qaldırmasına səbəb olur: "Havaya yayılan çiçək tozları insanın gözünə, dərisinə, tənəffüs yollarına düşərək allergiyaya meyilli olanlarda müəyyən əlamətlər əmələ gətirir. Allergiya selikli qişaların güclü qaşınması və dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir.

Xəstəliyin əsas əlamətləri burun tutulması, nəfəsalmanın çətinləşməsi, selikli qişanın ödemləşməsi, burunda və gözdə qaşınma və asqırmaların artmasıdır. Bəzən polinozlu xəstə 30-40 dəfə asqırmaq məcburiyyətində qalır. Belə allergiyalardan necə qurtulmaq olar?