Avropa Gənclər Olimpiya oyunlarına 100 gün qalmış məşəl Romadan Azərbaycana ötürüldü (FOTO)


Digərləri 12 Apr 2019 22:18:35 163 0

Avropa Gənclər Olimpiya oyunlarına 100 gün qalmış məşəl Romadan Azərbaycana ötürüldü (FOTO)

Avropa Gənclər Olimpiya oyunlarına 100 gün qalmış məşəl Romadan Azərbaycana ötürüldü

Bakı. 12 Aprel 2019-cu il tarixdə İtaliyanın paytaxtı Roma şəhərində bizim eranın 9-cu əsrində Dostluq və Qardaşlıq simvolu olaraq İmperator Avqusto tərəfindən tikilmiş Ara Pasis muzeyində 2019-cu il 20-28 iyul tarixlərində Bakıda keçiriləcək Avropa Olimpiya Gənclər Festivalınının məşəlinin yandırılma və Azərbaycana ötürülmə, eyni zamanda, oyunların simvolu olan Zeytun ağacının Azərbaycana təqdim edilmə mərasimləri baş tutdu. Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycanı Milli Olimpiya Komitəsinin (MOK) vitse prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK baş katibinin müavini Azər Əliyev və Avropa Olimpiya Gənclər Festivalına məsul digər rəsmilər təmsil edirdi. Proqrama əsasən ilk olaraq media nümayəndələri üçün nazir Azad Rəhimov, MOK vitse prezidenti Çingiz Hüseynzadə, AOK-nin prezidenti Janez Koçijançiç, AOK Koordinasiya Komissiyasının sədri Corce Vizaski, İtaliya Olimpiya Komitəsinin prezidenti Ciovanni Malaqonun iştirakı ilə mətbuat konfranası keçirildi. Müxtəlif media qurumlarının iştirakı ilə baş tutan mətbuat konfransında Bakıda iyul ayında gerçəkləşəcək 15-ci Avropa Olimpiya Gənclər Festivalına hazırlıq prosesi, görülmüş işlər və nəzərdə tutulan planlarla bağlı suallar verilib. Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Azərbaycan bundan öncə bir sıra mötəbər tədbirlərə ev sahibliyi etmiş və kifayət qədər yüksək təcrübəyə malik bir ölkədir. Bildirildi ki, 15-ci Avropa Olimpiya Gənclər Festivalı 21 aprel tarixindən Bakıda start götürəcək və oyunlar üçün yeni idman arenaları tikilməyəcək. İdmançılar 12 idman qurğusunda 10 idman növündə mübarizə aparacaqlar. Bundan öncə bir sıra mötəbər tədbirlərə ev sahibliyi etmiş Crystal Hall bu il açılış mərasinin keçiriləcəyi məkan olacaq. Eyni zamanda, media nümayəndələrinə Avropa Olimpiya Gənclər Festivalının loqosu, daşıdığı məna, bununla yanaşı, maskotlar: cırtdan və Qafqaz bəbiri haqda da məlumat verildi. Artıq könüllülərin seçiminin bitdiyi, onlar üçün təlimlərin başlanıldığı, 3600 könüllünün yarışlara cəlb olunduğu və oyunlara hazırlıqla bağlı digər məqamlar diqqətə çatdırıldı. AOK-nin prezidenti Janez Koçijançiç Azərbaycanın bu oyunlara çox yüksək səviyyədə hazırlaşdığını və Avropa Olimpiya Gənclər Festivalının möhtəşəm şəkildə gerçəkləşəcəyinə əminliyini bildirdi. Daha sonra tədbirin rəsmi açılış mərasiminə start verildi. Çıxış edən gənclər və idman naziri Azad Rəhimov məhz bu gündən etibarən yarşlara 100 gün qaldığı müddətdə tədbirin qədim Romanın dostluq və sülh rəmzlərini özündə daşıyan tarixi Ara Pasis muzeyində gerçəkləşməsinin xüsusi məna daşıdığını diqqətə çatdırdı. Nazir Azad Rəhimov 2018-ci ilin may ayında ölkə başçısı cənab İlham Əliyevin imzaladığı Sərəncam əsasında “Bakı 2019” Təşkilat Komitəsinin yaradıldığını tədbir iştirakçılarına bildirdi.