Okeanın dərin qatlarında neftlə qidalanan bakteriyalar aşkarlanıb FOTO


Digərləri 12 Apr 2019 21:44:00 215 0

Okeanın dərin qatlarında neftlə qidalanan bakteriyalar aşkarlanıb  FOTO

East Anglia Universitetinin (UEA) alimləri okean çökəkliyində mikroskopik canlılar haqqında yeni məlumatlar əldə ediblər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dünyanın ən dərin çökəkliyi olan Marian çökəkliyi alim və tədqiqatçıların diqqətini cəlb edir. Tədqiqat rəhbərlərindən olan Xiao-Hua Zhang deyib: "Biz Mars barədə dənizin ən dərin hissələrindən daha çox məlumatlıyıq".

UEA-nın alimi Jonathan Todd Marian çökəkliyində karbohidrogenlərlə qidalanan bakteriyalar qrupu aşkarladıqlarını bildirib. Onun sözlərinə görə, karbohidrogenlər hidrogen və karbon atomlarından ibarətdir. Bu, xam neft və təbii qazda da mövcuddur. Həmin mikroorqanizmlər neftlə qidalanaraq yaşayırlar.


Xəbərə aid fotolar