Şəhərsalma Komitəsi "Ağ şəhər" layihəsinin reallaşdırılması barədə


Digərləri 12 Apr 2019 21:10:00 203 0

Şəhərsalma Komitəsi "Ağ şəhər" layihəsinin reallaşdırılması barədə

Bakının ən iri layihəsi "Ağ şəhər"in reallaşdırılması tam sürətlə davam edir.

Son.az bildirir ki, bunu Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

Onun sözlərinə görə, 221 hektar ərazini əhatə edən "Ağ şəhər"in hüdudları Nobel prospekti və Yusif Səfərov küçəsi istiqamətindən aydın görünür:

"Əvvəllər sənaye zonası hesab olunan bu ərazidə təmizləmə, təkrar planlaşdırma, kommunikasiya xətlərinin çəkilməsi, yol şəbəkəsinin qurulması işləri aparılıb. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respubikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər Planı"nın təsdiq olunması barədə sərəncamı çərçivəsində reallaşdırılan irimiqyaslı şəhərsalma layihələrindən biridir".

O qeyd edib ki, tikinti işlərində nüfuzlu xarici şirkətlər iştirak edir: