"Elefterios Venizelos" aeroportu Avropada ən yaxşı hava limanı seçilib FOTO


Dünya 12 Apr 2019 21:13:00 237 0

"Elefterios Venizelos" aeroportu Avropada ən yaxşı hava limanı seçilib  FOTO

Hannoverdə keçirilən mükafatladırma mərasimində Afinanın beynəlxalq "Elefterios Venizelos" aeroportu "Routes Europe 2019" nominasiyasında Avropada ən yaxşı hava limanı seçilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Belçika, Danimarka, Almaniya, Norveç və Rusiya hava limanları ilə mübarizədə məhz Afina aeroportu qalib gəlib. İkinci yeri Brüssel aeroportu tutub. Hakimlərin fikrincə, Yunanıstanda 2018-ci ildə sərnişindaşımanın artması təqdirəlayiqdir. Belə ki, ötən il Afina aeroportunda sərnişin axını 11 faiz artaraq 24 milyon nəfərə çatıb. Eyni zamanda, keçən il Afina hava limanından 62 yeni marşrut açılıb və 4 yeni aviaşirkət qeydiyyata alınıb.


Xəbərə aid fotolar