Riqaya ixrac missiyası başa çatıb


Digərləri 12 Apr 2019 20:47:51 416 0

Riqaya ixrac missiyası başa çatıb

“Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədi ilə Riqaya təşkil edilmiş ixrac missiyası başa çatıb.

Bakı. “Made in Azerbaijan” brendinin təşviqi, yerli məhsulların xarici ölkələrdə tanıdılması məqsədi ilə Riqaya təşkil edilmiş ixrac missiyası başa çatıb. İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə həyata keçirilən ixrac missiyasına şərab və digər spirtli içkilər, qida və tekstil məhsullarının istehsalı, habelə turizm sahəsində fəaliyyət göstərən 23 Azərbaycan şirkəti daxil idi. Səfər çərçivəsində Azərbaycan sahibkarları potensial alıcılarla görüşlər keçirib, məhsulların ixrac imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr aparıblar. Aparılan müzakirələrin nəticəsi olaraq, Azərbaycanın "Azhazelnut" və Latviyanın "Alisco" şirkətləri arasında 250 min ABŞ dolları dəyərində fındıq məhsulunun Latviyaya ixracına dair müqavilə imzalanıb.