Duzun daha bir təhlükəsi aşkarlanıb


Digərləri 12 Apr 2019 20:32:08 274 0

Duzun daha bir təhlükəsi aşkarlanıb

İnsan orqanizmində xörək duzunun yığılması allergik immun reaksiyaların inkişafına səbəb olur

Bakı. İnsan orqanizmində xörək duzunun yığılması allergik immun reaksiyaların inkişafına səbəb olur. Trend-in məlumatına görə, Münhen Texniki Universitetinin bir qrup mütəxəssisi bu qənaətə gəlib. Müşahidələr nəticəsində məlum olub ki, xörək duzunun tərkibində olan natrium xlorid orqanizmdəki T-hüceyrələrə təsir edir. Nəticədə bu hüceyrələr həddindən çox zülal istehsal edir.